Yelena Radionova
From Wikipedia, the free encyclopedia
Yelena Radionova (rus. Елена Радионова; 6 yanvar 1999, Moskva) — Rusiyanı təmsil edən fiqurçu. Yelena Radionova 2015-ci ildə baş tutan Dünya Çempionatının bürünc, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarının isə gümüş medallarına sahib olub. Radionova həmdə ISU Qran-Pri Finallarında 2014–2015-ci illər mövsümündə gümüş, 2015–2016-cı illər mövsümündə isə bürünc medallar qazanıb. Karyerası ərzində 9 dəfə ISU Qran-Pri mərhələlərində podiumda olub; ISU ABŞ Qran-Prisi (2013-cü ildə bürünc, 2014-cü ildə qızıl), ISU Çin Qran-Prisi (2015 və 2017-ci illərdə bürünc, 2016-cı ildə qızıl), ISU Fransa Qran-Prisi (2014-cü ildə qızıl), ISU Rusiya Qran-Prisi (2015-ci ildə qızıl, 2016-cı ildə gümüş), ISU Yaponiya Qran-Prisi (2013-cü ildə gümüş).
Yelena Radionova | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Елена Игоревна Радионова | |||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||
Tam adı | Yelena İqorevna Radionova | ||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (25 yaş) | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Moskva, Rusiya | ||||||||||||||||||||||||||||||||||
Boyu | 168 sm. (5 ft 5 in) | ||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | ||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2010—2020 | ||||||||||||||||||||||||||||||||||
Məşqçisi |
İnna Qohçarenho (2010—2017) Yelena Buyanova (2017—2020) |
||||||||||||||||||||||||||||||||||
Medallar
|
Yelena Radionova həmdə 2013-cü ilin "Nebelhorn Trophy", 2017-ci ilin "Shanghai Trophy" yarışlarının və 2017-ci ildə Qazaxıstanın ev sahibliyində baş tutan XXVIII Qış Universiada Oyunlarının qalibi olub.
Yelena Radionova 2012–2014-cü illərdə də gənclər arasında ciddi uğurlara imza atıb. 2013 və 2014-cü illərdə gənclər arasında Dünya Çempionatının qalibi olub. Radionova həmdə 2012-ci ildə ISU Fransa Qran-Prisinin, ISU Avstriya Qran-Prisinin və ISU Qran-Pri Finalının qızıl medallarına sahib olub. 2013-cü ildə gənclər arasında Rusiya Çempionatının qalibi olan Yelena Radionova, 2014-cü ildə Rusiya Çempionatının qızıl medalına sahib olub.
Yelena Radionova 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran birinci idmançıdır. Onun bu uğuruna 2018 və 2019-cu illərdə Alesandra Trusova yenidən imza atıb.
Karyerası ərzində 40 yarışda mübarizə Yelena Radionova, 15 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub. Radionova 2020-ci il sentyabrın 22-də idmandan uzaqlaşdığını bildirdi.