Yaxşı terrorçu (roman)
From Wikipedia, the free encyclopedia
Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-də Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir.
Yaxşı terrorçu | |
---|---|
ing. The Good Terrorist | |
Müəllif | Doris Lessinq |
Janr | Siyasi roman |
Orijinalın dili | İngilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1985 |
Nəşriyyat | Conatan Keyp, Böyük Britaniya; Knopf, ABŞ. |
Nəşr | 1985 |
Səhifə | 370 səh. |
ISBN | 0-224-02323-3 |
Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir edir.
"Yaxşı terrorçu" əsəri tənqidçilərin fikirlərini ikiyə ayırdı. Bəzi tənqidçilər əsərin əsas ideyasını və qəhrəmanlarını yüksək qiymətləndirdilər, digərləri onu süjet xəttinin sadə, qəhrəmanlarının isə mənasız və darıxdırıcı olduğu üçün tənqid etdilər. Bir tənqidçi Lessinqin "güclü təsviri nəsr bacarıqlarını və personajlarının dəqiq və real xarakteristikaları"-nı qiymətləndirərkən,[1] digəri onu "kifayət qədər sadə məzmunlu"[2] və qəhrəmanlarını isə "mənasız və ya özünü xülyaları ilə aldadan" adlandırdı.[3] "Yaxşı terrorçu" əsərinin Buker mükafatı üçün namizədliyi irəli sürüldü və Mondello Mükafatı və U. H. Smit Ədəbi Mükafatını qazandı. Həmçinin, Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdür.