Yarıçılpaqlıq
From Wikipedia, the free encyclopedia
Yarıçılpaqlıq və ya yarımçılpaqlıq kişi və ya qadının gövdəsinin qol nahiyəsindən başlayaraq başına qədər qədər çılpaq olmasıdır. Yalnız bədəni çılpaq olduğu halda yarıçılpaq üzmə və ya idman və yaxud da festivallar kimi irimiqyaslı tədbirlər geniş formada yayılmış olan ümumi təcrübədir. İctimai və ya siyasi fəaliyyət məqsədilə də yarıçılpaq və yaxud da bütünlükdə çılpaq formada qeyri-qanuni aksiyalar, hərəkətlər də baş verə bilər. FEMEN təşkilatının keçirmiş olduğu aksiyalar buna misaldır. Yarıçılpaqlığın həm kişilərdə, həm də qadınlarda döş hissəsinin görünməsi səbəbindən cinsi istəyi artırdığı iddia edilir. Tarix boyu bu cür yarıçılpaq əmək fəaliyyətinə xüsusən kişi fermerlər, mədənçilər və digər işçilər arasında çox geniş formada rast gəlinmişdir.
Qadınların yarıçılpaq formada olmaları bəzi yerli icmalarda normal, bəzilərində isə sərt formada qarşılanır. Bu cəmiyyətin adət-ənənələrinə, mədəniyyətinə, dünya görüşünə, tarixi keçmişinə, əxlaq kodekslərinə və s. amillərə görə dəyişiklik göstərə bilir. Bəzi feminist qruplar yarıçılpaq formada gəzməyin qadınların ən təbii haqqı olduğunu iddia edirlər. Avropa və Şimali Amerikanın bəzi ölkələrində yarıçılpaq gəzmək kişilər üçün günah kimi qəbul edilir və bir çox mağazalar belə yarıçılpaq şəxslərə qarşı xüsusi siyasət yürüdərək bu şəxslərə xidmət göstərməkdən imtina edirlər: Köynək yoxdursa, ayaqqabı yoxdursa, xidmət də yoxdur. Cənubi Hindistanda yarıçılpaqlıq ictimaiyyət tərəfindən qəbul edilməmiş, qadınlar ənənəvi formada, kişilər isə qərb üslubunda geyinirlər, yəni ki, qadınlar şalvar-kamiz, lehanqa və çoli kimi bütün bədəni örtən klassik geyimlərdən istifadə edirlər.
Tarix boyu yarıçılpaqlığa incəsənətdə də rast gəlinmişdir. Antik dövrdən bəri bir çox heykəllərdə və rəsm əsərlərində mövcud olmuş, müasir dövrdə isə daha çox filmlərdə və fotoşəkillərdə görünür. Bununla bərabər, yumşaq pornoqrafiya ictimaiyyət tərəfindən çox vaxt mənfi qarşılanır və tez-tez hökumət tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə və yaxud da qadağalara məruz qalır. İctimai yerlərdə isə cinsi stimullaşdırmaya səbəb olduğuna görə daha sərt bir yanaşmaya məruz qalır. Daha cix Strip-klublar kimi böyüklər üçün nəzərdə tutulmuş xüsusi əyləncə məkanlarında yarıçılpaq qadınlara rast gəlmək mümkündür.
Yerindən və kontekstindən asılı olaraq yarıçılpaqlıq bəzən ictimai yerlərdə məqbul sayıla bilər. Buna misal olaraq qadınların hüquqlarını müdafiə etmək məqsədi ilə ictimai yerlərdə əmizdirməni göstərmək mümkündür. Həmçinin də əksər Avropa ölkələrində çimərliklərdə yarıçılpaq formada günəş vannası qəbul etmək də normal sayılır.
Həmçinin, mediyanın diqqətini özünə cəlb etdiyinə görə dünyanın bir çox yerlərində PETA kimi qruplar etiraz əlaməti olaraq torakslarını nümayiş etdirirlər.