Yaponiya tatarları və başqırdları
From Wikipedia, the free encyclopedia
Yaponiya tatarları və başqırdıları – 1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində Çar Rusiyasının devrilməsindən sonra əvvəlcə Mancuriyaya, daha sonra Yaponiyaya miqrasiya etmiş türklər. 1920-ci illərdən etibarən Əbdürrəşid İbrahimovun fəaliyyəti nəticəsində bir çox tatar və başqırd daha yaxşı həyat və iş imkanları tapmaq ümidi ilə Yaponiyaya köçməyə başlamışdır. Onlar əsasən Tokio, Yokohama, Kobe, Naqoya kimi şəhərlərdə məskunlaşmışdırlar. Muhammed Abdulhay Kurbanaliyev və Ayaz İshaki kimi şəxslər Yaponiyada yaşayan tatar icmasına rəhbərlik etmiş əsas şəxslər olmuşdurlar.
1953-cü ildən etibarən Yaponiya tatarlarının böyük qismi Türkiyə vətəndaşlığına keçmiş və başqa ölkələrə miqrasiya etmişdirlər. Hazırda Yaponiyada tatarəsilli 10–15 ailə yaşayır.