Yanacaq-energetika sənayesi
From Wikipedia, the free encyclopedia
Yanacaq-energetika sənayesi — Yanacaq və energetika sənayelərinin adı. Müxtəlif növ enerji hasilatı, istehsalı və istifadəsi ilə əlaqədardır.Dünyada energetika resurslarının istehsalı və istehlakı daima artır.Energetika resursları istehlakında böyük fərqlər var.Dünya əhalisinin 15%-i yaşayan İEÖ-lər (İnkişaf Etmiş Ölkələr) dünya energetika və resurslarının demək olarki, 60%-ni, dünya əhalisinin 5%-i yaşayan ABŞ isə 25%-dən çoxunu istehlak edir.İOÖ-lərdə (İnkişafda Olan Ölkələr) istehsal olunan yanacaq və enerjinin böyük hissəsi ABŞ-yə, Qərbi Avropa və Yaponiyaya daşınır. Birinci dünya müharibəsindən sonra avtomobil və aviasiyanın inkişafı, sənayedə daxili yanacaq mühərriklərinin tətbiqi ilə əlaqədar neft və qazın rolu artmışdır.Bu həm də neftin qiymətinin ucuz olması ilə əlaqədar idi.Lakin 1960-cı illərdə yaradılan OPEK, neft hasilatını öz əlinə almış və neftin qiymətini bir neçə dəfə qaldırmışdır.Neftin ölçü vahidi Bareldir.(1 barel = 159 litr). Dünyanın yanacaq energetika balansında dəyişikliklər hər bir ölkənin ayrı-ayrı energetika resursları ilə təmin olunan Norveç, İsveç,Finlandiya və Kanada üçün su enerjisinin, neft və təbii qaz resursları ilə zəngin İran körfəzi sahili dövlətləri üçün bu resursların yüksək çəkisi səciyyəvidir. Respublikamızın da yanacaq-energetika balansının strukturunda neft və təbii qaz üstünlük təşkil edir.