Yaşayış minimumu
From Wikipedia, the free encyclopedia
Yaşayış minimumu — minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma.[1] Bu anlayış 5 oktyabr 2004-cü il tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Adıçəkilən qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.
Bu məqalədəki nümunələr və perspektivlər mövzuya dünya miqyasında baxışı əks etdirməyə bilər. |
Yaşayış minimumunun müəyyən edilməsi ölkənin sosial siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Odur ki, yaşayış minimumunun məbləğinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası vətəndaşlarına layiq minimum həyat səviyyəsinin təmin edilməsi imkanları nəzərə alınmalıdır.