Xarəzmşahlar
From Wikipedia, the free encyclopedia
Xarəzmşahlar İmperiyası — (türkmən:Horezmşalar Döwleti) bir Türk dövləti. Orta əsrlərdə Amudərya bölgəsi "Xarəzm", hökmdarları isə "Xarəzmşah" olaraq adlanırdı. XI əsrin sonlarına doğru bu bölgədə qurulan dövlətə də Xarəzmşahlar adı verildi.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
imperiya | |||
Xarəzmşahlar | |||
---|---|---|---|
خوارزمشاهیان | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Köhnə Ürgənc, Səmərqənd, Qəzni, Təbriz | ||
Rəsmi dilləri | Türkcə[1] , Farsca[2] | ||
Dövlət dini | Sünni islam[3][4] | ||
Valyuta | Dirhəm | ||
Ərazisi | 3.600.000 km² 1217-ci il [5] | ||
Əhalisi | 11 067 000[6] | ||
İdarəetmə forması | Oliqarxiya | ||
Sülalə | Xarəzmşahlar sülaləsi | ||
Vikianbarda əlaqəli mediafayllar |
Xarəzmşahlar sülaləsinin nəsli, Səlcuq Sultanı I Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir.[7] Səlcuq dövlətinə bağlı olaraq mərkəzdən təyin edilən qubernatorlarla idarə olunan bu əyalət Anuş Təkin zamanında sərbəst yaşamağa başlamışdı. 1128-ci ildə Xarəzm qubernatoru olaraq təyin edilən Atsız dövründə yarı müstəqillik qazanmışdır. 1141-ci ildə Böyük Səlcuq sultanı Əhməd Səncərin Katvan döyüşündə Quru Hıtay tərəfindən məğlubiyyətə uğradılmasından istifadə edən Atsız Səlcuqlulara qarşı üsyan etmiş və 1142-ci ildə Xorasana hücum edərək Mərv və Nişapuru işğal etmişdir. Ancaq 1143 və 1147-ci illərdə Əhməd Səncər Atsıza qarşı səfərləri təşkil etmiş və ikinci səfərdə Atsız dövlətin mərkəzi olan Ürgənci itirərək təslim olmuşdur. Atsız və El Aslan dövrlərində, həm İraq Səlcuqları, həm də Quru Hıtay ilə mübarizə aparılırdı. El Aslan, Sultan Səncərin ölümündən sonra müstəqilliyini elan etdi. Ələddin Təkiş dövründə İraq, Azərbaycan, Qara dənizin şimalı, Xorasan və Şərq Türkistanın bir hissəsi ələ keçirilmişdir. Ələddin Təkiş özünü Səlcuqluların varisi elan etmiş və "Səncər" ünvanından istifadə etmişdir. Abbasilər ilə yaxşı əlaqələr qurmuş və Batinilərə qarşı xəlifəni müdafiə etmişdi. Buna görə Səlcuqların varisi olan Xarəzmşahların Ələddin Təkiş dövründə yüksəlişi başlamışdır. Ələddin Təkiş, əvvəl Quru Hıtayı məğlub etdi və 1194-cü ildə Reydə III Toğrul Bəyin ordusunu məğlubiyyətə uğradaraq İraq Səlcuqlarını yox etmiş və Qərbi İranı ələ keçirmişdir. Xarəzmşahlar qısa müddətdə sərhədlərini Şərqi Anadoludan Mavəraünnəhrə qədər genişləndirmişdirlər. Ələddin Təkişin oğlu olan Ələddin Məhəmmədin dövründə Quru Hitay və Qərbi Qaraxanlılar və Şərqi Qaraxanlılar məğlub edildi. Müasir Pakistan və Əfqanıstanı torpaqlarına qatmışdır. Ələddin Məhəmmədin ən böyük arzusu Çini ələ keçirmək idi, lakin bu dövrdə Monqollar Çində böyük söz sahibi olmuşdurlar. Odur ki, Monqol təhlükəsini hiss etmiş və onlarla yaxşı dolanmağa çalışmışdır və monqollarla ticarət razılaşması imzalamışdır, lakin monqol ticarət karvanının Xarəzmşahlar qubernatoru İnalcık tərəfindən talanması və tacirlərin də saqqallarının yandırılıb geri göndərilməsi üzündən monqollarla əlaqələr pozulmuşdur. Bu hadisə tarixə "Otrar faciəsi" kimi daxil olmuşdur. Karvanın talanmasına səbəb karvanda bahalı əşyalar və qiymətli malların olması idi.
1220-ci ildə bütün ölkə monqollarının işğalına məruz qaldı və Xarəzm dövlətinin sonu yaxınlaşdı. Bundan sonra Orta Asiyada monqol işğalı başlanmış və türk dünyasında böyük məğlubiyyətlərə gətirib çıxarmışdır. Ələddinin oğlu Cəlaləddin Xarəzmşah Əfqanıstanda monqollarla mübarizə edərək cənuba çəkilmiş və Hind çayını keçərək Hindistana daxil olmuşdur. Çingiz Xan monqol düzənliyinə döndükdən sonra Cəlaləddin İrana dönüb, İraqdan Azərbaycan bölgəsinə daxil olmuş və 1225-ci ildə Atabəyliklərindən olan Eldənizliləri məğlub edərək Təbrizi almışdır. Cəlaləddin Azərbaycandan hərəkət edərək Gürcüstanı işğal etmiş və Cənubi Qafqazdan Şərqi Anadoluya qədər torpaqlarını genişləndirmişdir. Ancaq Cəlaləddinin Şərq Anadolunun suverenliyi səbəbindən Anadolu Səlcuqluları və Suriyanın hökmdarı Əyyubilər ilə ziddiyyəti düşmüşdür. Cəlaləddin Xarəzmşahlar dövlətini yenidən qurmaq istəsə də, müvəffəqiyyət qazana bilmədi.1231-ci ildə kürd qiyamçılar tərəfindən öldürüldü.[8] Ölümündən sonra Xarəzmşahlar dövləti tamamilə məhv olmuşdur.