Xərrəqan türbələri
From Wikipedia, the free encyclopedia
Xərrəqan türbələri – Güney Azərbaycanda, Qəzvin və Həmədan şəhərləri arasında yerləşən Xərrəqan yaşayış məskənində, bir-birindən 29 metr aralı yerləşən Böyük Səlcuq İmperiyası dövrünə aid iki türbə.[1] Xərrəqan türbələri Azərbaycan memarlığının ən dəyərli nümunələrindən olmaqla, divar və üzlük materialı kərpic olan tikililərin ən yaxşı örnəklərindən sayılır.
Xərrəqan türbələri | |
---|---|
35°50′24″ şm. e. 49°00′32″ ş. u. | |
Ölkə | İran |
Yerləşir | Qəzvin |
Aidiyyatı | Böyük Səlcuq imperiyası |
Memar |
Məhəmməd Məkər oğlu Zəncani Əbül Məali Məkər oğlu Zəncani |
Tikilmə tarixi |
birinci türbə 1067 ikinci türbə 1093 |
Material | kərpic |
Vikianbarda əlaqəli mediafayllar |
Türbələr "Qoşa imam hasarı" adlı yaşayış yerindən iki kilometr aralıdadır. Mütəxəssislər qeyd edirlər ki, Səfəvilər dövründə bu türbələr imamzdələrə çevrildiyindən "Qoşa imam" adı yaranmış və yaxınlıqdakı kənd də belə adlandırılmışdır. Türbələr isə indi də yerli əhali (Azərbaycan türkləri) tərəfindən Qoşa İmam Türbələri adlandırılırlar.
Türbələrdən Şərqdə olan ən qədimi Sultan Alp Arslanın (1063–1072) hakimiyyəti zamanı hicri 450-ci ildə (miladi 1067) Əbu Səid Bicar Səəd adlı bir türkmən bəyinin xatirəsinə inşa edilmişdir. Türbənin kitabələrindən birində tikilmə tarixindən sonra "Məhəmməd Məkər oğlu Zəncaninin əməli" məlumatı yazılmışdır.