Xürrəm Sultan
I Süleymanın nigahlı xanımı / From Wikipedia, the free encyclopedia
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; bilinmir, bilinmir – 15 aprel 1558[1], Konstantinopol[2]) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır.
Cəld faktlar Hasəki Sultan, Şəxsi məlumatlar ...
Xürrəm Sultan | |
---|---|
Vəzifədədir | |
1533-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Doğum yeri |
|
Vəfat tarixi | 15 aprel 1558[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Sülalə | Osmanlı xanədanı |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır.[3] Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır.[3] Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir.[4] Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır.