Vinnifred İton
From Wikipedia, the free encyclopedia
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875[1] və ya 1877[2], Monreal, Kvebek[2] – 8 aprel 1954[1]) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Vinnifred İton | |
---|---|
Doğum tarixi | 21 avqust 1875(1875-08-21)[1] və ya 1877[2] |
Doğum yeri | |
Vəfat tarixi | 8 aprel 1954(1954-04-08)[1] |
Fəaliyyəti | roman yazıçısı, ssenarist |
Əsərlərinin dili | ingilis dili |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır.[3] Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur.[3] Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır.