Vilyena xəzinəsi
From Wikipedia, the free encyclopedia
Vilenna xəzinəsi (isp. Tesoro de Villena) — Avropada Tunc dövrünün ən böyük qızıl xəzinə tapıntılarından biridir. Bu xəzinə qızıl, gümüş, dəmir və kəhrəbadan hazırlanmış, ümumi çəkisi təxminən 10 kiloqram olan 59 müxtəlif eksponatdan ibarətdir. Onlardan 9-u 23,5 karat qızıldır. Bu göstəricilər onu Pireney yarımadasındakı ən mühüm eramızdan əvvəlki xəzinə halına gətirir və Yunanıstanın Mikena şəhərindəki Kral qəbirlərindən sonra Avropanın ən önəmli ikinci xəzinəsidir.[1] Dəmir əşyaların bəziləri meteorik dəmirdən hazırlanmışdır.[2]
Qızıldan olan eksponatlara bir kasa, üç butulka və 28 bilərzik daxildir. Buradakı dəmir parçaları Pireney yarımadasında tapılan ən qədim parçalardır. Arxeoloqlar bu xəzinənin tarixini e.ə. 1300–1000 illərə aid edirlər.[3]
Xəzinə 1963-cü ilin dekabrında arxeoloq Xose Mariya Soler tərəfindən Vilyenadan 5 kilometr (3,1 mil) aralıda tapıldı və hazırda Vilyena Arxeologiya Muzeyində zirehli vitrində daimi olaraq qorunur.
Vilenna xəzinəsindəki metal işləmələrin eynisinə 1913-cü ildə Almaniyanın Brandenburq şəhərində kəşf edilmiş böyük Ebersvalde xəzinəsində də rast gəlinir.