Vikipediyada Star Trek Into Darkness mübahisəsi
From Wikipedia, the free encyclopedia
Vikipediyada Star Trek Into Darkness mübahisəsi – 1 dekabr 2012-ci ildən 31 yanvar 2013-cü ilə qədər vikipediyanın ingilisdilli bölməsində davam etmiş müzakirə. Mübahisə 2013-cü ildə buraxılmış "Ulduz yolu qaranlığa doğru" filminin (ing. Star Trek Into Darkness) adlandırılması zamanı "into" sözünün böyük hərflə yoxsa kiçik hərflə yazılması barəsində yaranmışdır. Məqalənin müzakirə səhifəsində (redaktorların məqalə üzərində dəyişiklikləri müzakirə etməsi üçün səhifə) 40.000-dən çox söz yazılmış, sonda sözün böyük hərflə yazılması barədə konsensus əldə olunmuşdur.
Cəld faktlar Star Trek Into Darkness mübahisəsi, Tarix ...
Vikipediyada Star Trek Into Darkness mübahisəsi | |
---|---|
Əsas münaqişə: Vikipediya mübahisələri | |
| |
Tarix | 1 dekabr 2012 – 31 yanvar 2013 |
Yeri | ingiliscə vikipediya |
Səbəbi | Star Trek Into Darkness adında sözün böyük hərflə yazılıb-yazılmaması |
Nəticəsi | məqalənin adını Star Trek Into Darkness yazmaq barədə konsensus |
Bağla