Vikipediya:İstifadəçi adları
From Wikipedia, the free encyclopedia
Qaydanın səsvermə nəticəsində qəbul edilib.
- Səsvermə müddəti: 20 may — 4 iyun 2021
- Qüvvədədir: 5 iyun 2021-ci ildən
|
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Bu qayda Azərbaycanca Vikipediyada hansı istifadəçi adlarının qəbul edildiyini və ya bu qaydaları pozan istifadəçi adları ilə necə mübarizə aparılacağını təsvir edir. Ayrıca, bir istifadəçi hesabının yalnız bir nəfər tərəfindən istifadə edilməli olduğunu və əksər hallarda bir nəfərin yalnız bir hesabdan istifadə etməsini nəzərdə tutur.
İstifadəçi adınızı hesab yaradarkən seçirsiniz. Bu hesabdan istifadə edərək edilən bütün redaktələr daha sonra seçilmiş istifadəçi adına aid ediləcək (heç bir hesaba daxil olmadıqda edilən redaktələr istifadəçinin IP ünvanına aid edilir). İstifadəçi adının dəyişdirilməsini tələb etmək və keçmiş redaktələrinizi yeni adla əlaqələndirmək də mümkündür.
Bu qayda Azərbaycanca Vikipediyadakı istifadəçi adlarına aiddir. Lakin əksər hallarda başqa dildə olan Vikipediya və digər Vikimediya Fondu dəstəkli layihələrə daxil olmaq üçün eyni istifadəçi adından və şifrədən istifadə edə biləcəksiniz.