Vikipediya:Yaxşı məqalə şərtləri
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 19 aprel — 6 may, 2011-ci il.
- Qüvvədədir: 6 may 2011-ci il tarixdən
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Yaxşı məqalələr Vikipediyanın Seçilmiş məqalələrdən sonra ən yaxşı məqalələrinə verilən statusdur.
Məqalənin yerləşdirildiyi səhifənin sağ yuxarı küncündə yaşıl işarə () varsa, bu, onun yaxşı məqalə olduğundan xəbər verir.
Yaxşı məqalələr aşağıdakı şərtlərə malikdir:
- Yaxşı yazılmış olmalıdır.
- Məqalə Azərbaycan dilinin qrammatik qaydalarına uyğun, sadə və səlis bir dildə olmalıdır.
- İnandırıcı və əhatəli olmalıdır.
- Məntiq çərçivəsi içərisində yazılması lazımdır. Məsələnin mahiyyəti açıqlanmalıdır. Məqaləni qısa izah edən giriş bölümünə malik olmalıdır.
- Məqalədə olan terminlər ətraflı açıqlanmalıdır.
- Məqalədə olan istinadlar və mənbələr açıq-aydın göstərilməlidir.
- Məqalə tərəfsiz olaraq yazılmalıdır. Neytrallıq prinsipinə əməl olunmalıdır.
- Məqalənin həcmi 10 kb-dən qısa olmamalıdır.
- Məqalə Stil kitabçasının tələblərinə cavab verməlidir.