Vikipediya:Ulduzlar
From Wikipedia, the free encyclopedia
Ulduzlar — Vikipediyada fəaliyyətini bəyəndiyiniz bir istifadəçini mükafatlandırmağın üsullarından biri. Ulduz verməyin yolu çətin deyil: ulduzun şəklini istifadəçinin müzakirə səhifəsinə yerləşdirib verilmə səbəbini izah edin. Çəkinməyin!
|
Bir istifadəçiyə ulduz vermək ənənəsi 2003-cü ilə kimi uzanır və bu konsepsiya artıq Vikipediya mədəniyyətinin bir hissəsinə çevrilib. İstifadəçilərin bir-birinə ulduz təqdim etməsi vikicəmiyyətin üzvləri arasında əlaqələri möhkəmləndirir.
Ulduzların bir çox növü var. Aşağıda tədqim edə biləcəyiniz ulduzların siyahısı verilib. Lakin siz öz yaratdığınız və ya istənilən ulduzu da verə bilərsiniz. Ulduz verərkən çalışın ki, seçiminiz ədalətli və uyğun olsun. Unutmayın ki, digər istifadəçiyə rəğbət göstərməyin başqa yolları da var. Müzakirə səhifəsində komment yazmaq və ya "təşəkkür" funksiyasından istifadə etmək kimi.