Vaza (gəmi)
From Wikipedia, the free encyclopedia
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir.
Vaza | |
---|---|
isv. Vasa | |
| |
Ölkə | İsveç |
Təşkilat | İsveçHDQ |
Dövrü | XVII əsr |
Tarixi | 1625 |
Salınma tarixi | 1627 |
Batma tarixi | 10 avqust 1628 |
İstehsal yeri | Stokholm |
Tipi | Üçdorlu |
Sinifi | Yelkənli |
Növü | Qaleon - xətt gəmisi |
Ranqı | III |
Təyinatı | Cərgə taktikası |
Top |
Layihə (1625)
|
Heyət |
|
Dor ağacı | 3 |
Göyərtəsi | 3 |
Yelkəni | 10 |
Yelkən sahəsi | 1.275 |
Uzunluğu |
|
Midel-şpanqaut | 11,7 |
Hündürlüyü | 52,5 |
Su sıxışdırması | 1210 |
Vikianbarda əlaqəli mediafayllar |
Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır. O dövrdə İsveç kralı II Qustav Adolf bu əhəmiyyətli döyüş gəmisinin Otuzillik müharibədə döyüş əsnasında Baltik flotuna təcili olaraq qatılmasını istəyirdi. Eyni zamanda kralın məsləhətçiləri gəminin zəif tərəfləriniı krala bildirməkdən çəkinmiş və dənizə buraxılmasını təxirə sala bilməmişdilər. Gəmi batdıqdan sonra istintaq olsa da, heç kəsə cəza verilməmişdir.
Gəminin 1961-ci ildə yenidən su səthinə çıxardılması ilə birlikdə, minlərlə əşya ilə birgə 15 dənizçiyə aid cəsəd də tapılmışdır. Tapılan əşyalar arasında paltarlar, silahlar, toplar, mətbəx dəstələri, yemək və içkilər var idi. Çox yaxşı qorunmuş halda tapılan gəmi tarixçilərə o dövrün dənizçiliyinin gündəlik həyatına dair çox əhəmiyyətli məlumatlar verməkdədir. Gəmi İsveçin qürur duyacağı böyük döyüş gəmisi olaraq hazırlandığı üçün heç bir maliyyə çətinliyi ilə qarşılaşmamış və müxtəlif sənət əsərlərinə məxsus bəzəklərlə bəzənmişdi. Bu gün gəmi muzeydə sərgilənməkdədir.