Varyaq mühafizəçiləri
From Wikipedia, the free encyclopedia
Varyaq mühafizəçiləri (yun. Τάγμα των Βαράγγων, Tágma tōn Varángōn) X - XIV əsr müddətincə Bizans imperiyasında imperator və digər yüksək rütbəli şəxslərin şəxsi mühafizəsini təşkil etmiş xüsusi hərbi birləşmə. Vareq mühafizəçilərinin əsas xüsusiyyətlərindən biri Skandinaviya mənşəyli olmaları ilə bağlıdır..[1] Belə ki, X əsrdən etibarən Bizans imperiyası daxilindəki siyasi vəziyyətin gərginləşməsi fonunda imperatorlarla özlərinə qarşı baş verə biləcək mümkün təhlükələrin qarşısını almaq üçün başqa ölkələrdən gətirilmiş muzdlu mühafizəçilərin saxlanılmasına üstünlük verməyə başlamışdılar.[2]