Varfolomey gecəsi
From Wikipedia, the free encyclopedia
Varfolomey gecəsi — Fransada dini müharibələrin nəticəsində 23 avqust 1572-ci ildə Parisdə baş vermiş hadisə. Bu dəhşətli gecə barədə filmlər çəkilmiş və bədii əsərlər yazılmışdır. "Varfolomey gecəsi" ifadəsi bir çox xalqların dilinə daxil olaraq, mənfi çalar qazanmış və müqavimətə gücü çatmayan günahsız insanların kütləvi halda qətlə yetirilməsi mənasını almışdır.