UEFA Kuboku finalı 1976
From Wikipedia, the free encyclopedia
UEFA Kuboku finalı 1976 — 1976-cı ilin 28 aprel və 19 may tarixlərində İngiltərə təmsilçisi "Liverpul və Belçika təmsilçisi "Brügge" komandaları arasında 2 oyundan ibarət olaraq Enfild və Olimpiya stadionunda keçirilmiş UEFA Kuboku final matçları. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" bu turnirdə ikinci dəfə final matçına çıxırdı. Onlar ilk dəfə 1973-cü ildə turnirin artıq qalibi olmuşdular. "Brügge" isə avropa miqyaslı turnirinin finalına vəsiqə qazanmış ilk Belçika komandası idi.
UEFA Kuboku finalı 1976 | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | UEFA Kuboku 1975/1976 | ||||||
|
|||||||
Yekun nəticə | |||||||
Birinci matç | |||||||
|
|||||||
Tarix | 28 Aprel 1976 | ||||||
Yer | Enfild, Liverpul | ||||||
Hakim | Ferdinand Biversi (Almaniya) | ||||||
Tamaşaçı | 50,188 | ||||||
İkinci matç | |||||||
|
|||||||
Tarix | 19 May 1976 | ||||||
Yer | Olimpiya stadionu, Brügge | ||||||
Hakim | Rudolf Qlökner (Almaniya) | ||||||
Tamaşaçı | 29,423 | ||||||
← 1975 1977 → |
Hər iki klub ümumilikdə 5 mərhələni keçərək finala vəsiqə əldə etdilər. Turnir boyunca oyunlar ev-səfər qaydaları üzrə iki dəfə keçirilirdi. "Liverpul" rəqibləri üzərində asan qələbələr qazanırdı. Onlar ikinci raundda "Real Sosyedad" üzərində 9-1, yarımfinal oyununda isə "Barselona" üzərində 2-1 hesablı qələbə əldə etdilər. "Brügge" keçirdiyi oyunların bir çoxunda minimal hesablı üstünlüklə qələbə qazandı. Turnir boyunca onların ən böyük üstünlüyü isə 2 qol ilə ölçülürdü. Bu matçlar ardıcıl olaraq birinci və üçüncü mərhələdə Fransa təmsilçisi "Lion" və İtaliya təmsilçisi "Roma" ilə keçirilmiş oyunlara təsadüf edirdi.
Enfild stadionunda keçirilmiş ilk final matçını 50,188 tamaşaçı izləyirdi və matçın ilk hissəsində "Brügge" Raul Lambert və Culien Kuulsun qolları ilə 0-2 hesabı ilə öndə idi. "Liverpul" ikinci hissədə durumu bərpa etdi; 7 dəqiqə ərzində Rey Kennedi, Cimmi Keys və Kevin Kiqanın vurduğu qollar "Liverpul" komandasına finalın ilk matçında qələbə qazandırdı. Brügge şəhərində keçirilmiş cavab matçında isə Olimpiya stadionunda oyunu 29,423 tamaşaçı izləyirdi. Bu görüşün 11-ci dəqiqəsində ev sahibi hesabda önə keçdi. "Liverpul" komandası bundan 4 dəqiqə sonra Kevin Kiqanın cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirdi. Bundan sonra oyunda hesab dəyişmədi və matç 1-1 hesabı ilə başa çatdı. Beləliklə "Liverpul" final matçını yekunda 4-3 hesabı ilə qazanaraq tarixində ikinci dəfə UEFA Kubokuna sahib oldu.