Türkiyə Milli Liqası 1959
From Wikipedia, the free encyclopedia
Türkiyə Milli Liqası 1959 — futbol üzrə Türkiyə çempionatının ilk mövsümü. Bu liqa Türkiyə bayrağının rənglərinə görə Qırmızı qrup və Beyaz qrup adında iki qrupa bölünən komandalar arasında cüt dövrəli liqa kimi oynanmışdır. 16 komandanın yer aldığı liqadan heç bir komanda aşağı liqaya düşməmişdir.
Cəld faktlar Sezon, Çempion ...
Sezon | 1959 |
---|---|
Çempion | Fənərbaxça |
UEFA Çempionlar Liqası | Fənərbaxça |
Matç sayı | 114 |
Qol sayı | 264 |
Ən yüksək hesablı ev qələbəsi | Qalatasaray 5-0 Göztəpə |
Ən yüksək hesablı səfər qələbəsi | İstanbulspor 0-5 Fənərbaxça |
Ən qollu matç | Göztəpə 4-2 Ankara Dəmirspor |
Bağla
21 fevral 1959-cu ildə İzmirspor-Beykozspor oyunu ilə başlayan liqa 14 iyun 1959-cu ildə oynanan və Fənərbaxçanın Qalatasarayı 4:0 məğlub etdiyi 2-ci final oyunu ilə başa çatmışdır. Qruplarda oynanan oyunlardan sonra qruplarını birinci bitirən Fənərbaxça və Qalatasaray iki oyundan ibarət finalda qarşılaşmışdır.