Triniti (sınaq)
From Wikipedia, the free encyclopedia
«Тriniti» (ing. Trinity) — Manhetten layihəsi çərçivəsində Nyu-Meksiko (ABŞ) ştatında Alamoqordo poliqonunda 16 iyul 1945-ci ildə dünyada ilk dəfə həyata keçirilən nüvə silahı texnologiyasının sınağı. Sınaq zamanı «Gadget» adlanan pluton bombası test edilirdi və onun partlayışı 21 kiloton trotilə ekvivalent idi. Bu partlayış nüvə əsrinin başlanğıcı hesab olunur. 9 avqust 1945 - ci ildə Naqasaki şəhərinə atılan «Gombul» bombası da bu tipdəndir.