Tohoku zəlzələsi və sunamisi (2011)
From Wikipedia, the free encyclopedia
Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Senday zəlzələsi və sunami | |
---|---|
Tarix | |
Maqnituda | 9,0[1]-9,1[2] Mw |
Hiposentrin dərinliyi | 32 km |
Episentrin yeri | 38°19′19″ şm. e. 142°22′08″ ş. u. |
Əhatəsi |
Zəlzələ və sunami: Sunami: [3] [4] |
Sunami | 40,5 m-ə qədər |
Ölənlər |
|
Xəsarət alanlar |
ölü: 15 883 yaralı: 6143 itkin: 2681 [6] |
İqtisadi zərər | təxm. 309 mlrd USD[7] |
Afterşoklar | > 890 (57-si 6.0 MW baldan yuxarı) |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb.
Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksək sürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb. Takaxaqi şəhərində ən azı bir nəfərin öldüyü, 8 nəfərin itkin düşdüyü bildirilir. Yaponiya hökuməti xarici yardımları qəbul etməyə hazır olduğunu bəyan edib. Bu arada Çibu prefekturasında neft emalı zavodunun yandığı barədə də məlumat yayılıb. Yanğının hündürlüyü 30 metrə çatır.