Tennen dağları
From Wikipedia, the free encyclopedia
Tennen (alm. Tennengebirge) [1][2][3][4][5] - Avstriyada çox da böyük olmayan dağ silsiləsi. Silsilə Şimali Əhəngdaşlı Alplara aiddir. Yetərincə çox parçalanmış bu silsilə Şərqi Alplarla həmsərhəddir. Sahəsi 60 km² olan bu silsilədə karst prosesləri çox yüksəkdir. Bölgədə müxtəlif karst mağaralarına rast gəlinir. Silsilə ölkənin Zalsburq ştatındadır. Silsilənin 37 km²-lik hissəsi dəniz səviyyəsindən 2000 metr yüksəkdə yerləşir. Zalsburq yaxınlığında olan hissəində 1982-ci ildə təbiət qoruğu yaradılmışdır.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Tennen | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.430 m |
Uzunluğu |
|
Sahəsi |
|
Süxurları | Çökmə süxurlar |
Yerləşməsi | |
47°30′ şm. e. 13°12′ ş. u. | |
Ölkə | Avstriya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla