Ten-Qo əməliyyatı[1] (天號作戰, 天号作戦), bəzi mənbələrdə "Yamatonun son yürüşü kimi qeyd edilir — 6-7 aprel 1945 il tarixində İkinci Dünya müharibəsinin tərkib hissəsi olan dəniz döyüşü. Özünü məhv xüsusiyyəti daşıyan bu yürüş dünyanın ən böyük linkor gəmisi olan Yamatonun başçılığı ilə həyata keçirilmişdir. Bu hücumun kiçik donanma ilə həyata keçirildiyindən uğursuzluğu əvvəlcədən məlum olmuşdur. Hədəfləri isə Kamikadze hücumları ilə Okinavaya çıxarılmış amerikanların oradan çıxarılmadı olmuşdur. Amerikan aviasiyası Yamato ilə uğraşdığı dönəmdə digər gəmilər və qayıqlar kamikadze hücumları həuata keçirməli idi. Yamatonun batırılacağı yaponlara bəlli idi. Yanacaq yalnız bir istiqamətə üzməsinə yetərdi. Dənizçilər gəminin batırılacağı təqdirdə ondan üzən batareya kimi istifadə edərək adaya çıxmaqlarını düşünürdülər.
Cəld faktlar Tarix, Yeri ...
Bağla