Taymır körfəzi
From Wikipedia, the free encyclopedia
Taymır körfəzi — Kara dənizində, Taymır yarımadasının dəniz sahili mərkəzi hissəsində yerləşir. Taymır estuarisi körfəzin şərqində yerləşir və Taymır çayının körfəzə töküldüyü ərazidə yaranmışdır. Taymır çayı öz başlanğıcını Taymır gölündən götürür. Körfəzin qərbində çoxlu sayda adalar vardır. Onlardan ən iriləri Taymır və Pilot Maxotkin adalarıdır.
Cəld faktlar Ümumi məlumatlar, Tip ...
Taymır körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 16 m |
Yerləşməsi | |
76°18′30″ şm. e. 97°59′40″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Bağla
Körfəzin uzunluğu 40 km, eni isə 80 km, dərinliyi 16 m təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur.
Körfzin daxilində 1937 ildən 2005-ci ilə qədər Rastorquyev adlandırılan ada hazırda Kolçak adası adlsndırılır. Körfəzin şimalında Nordenşeld arxipelaqı yerləşir. Körfəzin cənub-şərqində Şturman yarımadası vardır.
Ərazi inzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir.