Tannenberq əməliyyatı
From Wikipedia, the free encyclopedia
Tannenberq əməliyyatı (Alm: Unternehmen Tannenberg) – İkinci Dünya Müharibəsinin Avropadakı başlanğıc mərhələlərində Polyak vətənpərvərlərinə qarşı Faşist Almaniyasının məhv hərəkətlərindən birinin kod adı idi, Almanların şərqi müstəmləkələşdirməsi üçün Generalplan Ost'un bir parçası idi. Güllələmələr, 1939-cü ildəki Polşanın işğalından iki il əvvəl Gestapo tərəfindən yığılan bir əmr siyahısından (Sonderfahndungsbuch Polen) reallaşdırıldı.[1]
Tannenberq əməliyyatı | |
---|---|
İkinci Dünya Müharibəsi | |
[[Fayl:|250px|border||alt=]] | |
Hücum yeri |
Almaniya işğalındakı Polşada |
Hücum hədəfi | Polyaklar |
Vaxt |
1939 |
Hücum üsulu | Soyqırım qırğını, kütləvi atəş |
Silah | Avtomatik silahlar |
Həlak olanlar | SS Einsatzgruppen'in 760 kütləvi edamından ,20 min insan öldü |
Təşkilatçılar | Üçüncü Reyx |
Ən gizli siyahılar Polşalı seçmələrin 61 mindən çox üzvünü müəyyən etdi. Onlar: aktivistlər, ziyalılar, alimlər, aktyorlar, köhnə zabitlər və digərləri, nəzarətə alınmış ya da vurulmuşdular. Polşada yaşayan alman azlıqlar siyahıları hazırlamağa kömək etdilər[1]. Polşada yaşayan 20 minə qədər alman, müxtəlif təxribatlara qarışmış olduğu təxmin olunur.[2]
Tannenberq əməliyyatının ardından, Heydrixin Sonderreferat-ı tərəfindən Berlindən idarə olunan Unternehmen Tannenberg-in ikinci etabı olan Intelligenzaktion izlədi. 1940-cı ilin yanvar ayına qədər dəvam etdi. Yalnız Pomeraniyada, uşaqlar da daxil olmaqla 36 min ilə 42 min arasında Polyak, 1939-cu ilin axrından əvvəl öldürüldü.[3]