Talış-Muğan böhranı
Azərbaycanda siyasi və hərbi böhran / From Wikipedia, the free encyclopedia
1993-cü il Talış-Muğan böhranı və ya Cənub-şərq bölgəsində siyasi böhran — Azərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran.
Talış-Muğan böhranı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
| |||
Tarix |
21 iyun – 23 avqust 1993 (3 ay 2 gün) |
||
Yeri | Lənkəran-Astara, Aran; Azərbaycan | ||
Nəticəsi | Azərbaycanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi.
Elçibəyin hakimiyyəti Surət Hüseynova və onunla ittifaq bağlamış Heydər Əliyevə verməsi ilə Ələkrəm Hümbətovun yeni rəqibi Yeni Azərbaycan Partiyası hökuməti olmuşdur. Uğursuz danışıqlar sonrası Heydər Əliyev xalqı Ələkrəm Hümbətov hakimiyyətinə qarşı üsyan qaldırmağa çağırmışdır. Yerli əhaliyə repressiya həyata keçirmiş və xalqdan dəstək qazana bilməmiş Ələkrəm Hümbətov AXC-yə bağlı etirazçılar tərəfindən tanınmayan yerli parlamentdən qovulur. Ələkrəm Hümbətov bir müddət gizlənir, lakin sonradan ailə üzvlərinə qarşı cinayət işlərinin açılmasına görə təslim olmuşdur. Ələkrəm Hümbətov ömürlük həbs cəzası almış, 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı isə cinayət işləri açılmışdır. Ələkrəm Hümbətov 2004-cü ildə əfv edilmişdir və 24 dekabr 2022-ci ildə vəfat edib.