Tağlar mağarası
From Wikipedia, the free encyclopedia
Azərbaycanın Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində, Quruçayın sol sahilində yerləşən bu mağara Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir. Qədim insanlar burada 64-24 min il bundan əvvəl yaşamışdırlar.[1] Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qab qırıqları tapılıb. 2-6-cı təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Daş əmək alətləri içərisində əsas yeri levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub. Tağlar Mustye düşərgəsinin daş məmulatının texniki və tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni əmək alətləri qeydə alınıb ki, onları da Tağlar tipli alətlər adlandırıblar. Həmin alətlər zərif hazırlanıb və bir neçə işlək ağıza malikdir. Tağlar mağarası çöküntülərində çoxlu ocaq qalıqları da tapılıb. Mağarada kompleks tədqiqat işləri aparılıb, arxeoloqlarla yanaşı paleontoloqlar, paleogeoloqlar, paleocoğrafiyaçılar, paleobotaniklər də çalışıblar. Tədqiqatlar nəticəsində Tağlarda Mustye mədəniyyəti dövründə 90 milyon il bundan əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu aydınlaşıb.
Tağlar mağarası | |
---|---|
Ümumi məlumatlar | |
Kəşf tarixi | 1960 |
Dövrü | Daş dövrü, Tunc dövrü, Mis dövrü, Orta əsrlər |
Yerləşməsi | |
39°36′17″ şm. e. 46°57′53″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
Kənd | Böyük Tağlar |