Türkiyənin qadın nazirlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Türkiyənin qadın nazirlərinin siyahısı (türk. Türkiye Cumhuriyeti'nin kadın bakanları listesi) - 26 mart 1971-ci ildə qurulan Türkiyənin 33-cü hökumətinə baş nazir Nihad Erim, ilk dəfə bir qadın naziri Türkan Akyolu hökumətə Səhiyyə və Sosial Yardım naziri kimi təyin edir. Akyol nazir olduğu gündən indiyədək Türkiyə hökuməti kabinetində 43 dəfə, 28 fərqli qadın yer alıb. Ən çox qadın təyin olunan nazirlik 15 təyinatla Dövlət Nazirliyi olduğu halda, 2011-ci ildə Dövlət Nazirliyinin ləğvi ilə Səlma Aliyə Kavaf sonuncu qadın dövlət naziri olub. Dövlət Nazirliyini 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi əvəz edib.
Kabinetdəki ilk iki qadın nazir parlamentdən kənar seçildiyi halda, Aysel Çelikəl, Beril Dedeoğlu, Ayşən Gürcan, Zəhra Zümrüd Səlçuq, Ruhsar Pekcan və Dərya Yanıq istisna olmaqla, qalan qadın nazirlərin hamısı parlament daxilindən seçilib. Ən çox qadın naziri olan hökumət 4 qadın nazirlə 54-cü hökumət olub. Bu hökumətdə; Tansu Çillər həm baş nazir, həm də xarici işlər naziri, Meral Akşenər daxili işlər naziri, Ayfər Yılmaz və İşılay Sayqın isə dövlət naziri vəzifələrində olublar. Rəcəb Tayyib Ərdoğan 7 dəfə nazirliklərə qadın təyin edərək ən çox qadın nazir təyin edən prezident olub. Ondan sonra isə liderliyi hər biri 5 təyinatla Tansu Çillər və Nəcməddin Ərbakan qoruyub saxlayır.
Tayyibə Gülək; 34 yaşında 57-ci Türkiyə hökumətinə seçilən ən gənc nazir, Aysel Çelikəl isə 68 yaşında eyni hökumətə seçilən ən yaşlı qadın olub. İmrən Aykut; Türkiyənin 46-cı, 47-ci, 48-ci, 53-cü və 55-ci hökumətlərinə, İşılay Sayqın isə 51-ci, 52-ci, 53-cü, 54-cü və 55-ci Türkiyə hökumətləri kabinetlərdə nazir olaraq yer alaraq hökumətdə ən çox iştirak edən qadınlar olublar. Ən uzun müddət nazir vəzifəsində çalışan qadın, Nemət Baş 6 il 4 gün nazir vəzifəsini tutub. Baş nazirlik dövrünün ilk müddətində Qadın və Ailə məsələləri üzrə Dövlət naziri, daha sonra isə Milli Təhsil naziri vəzifələrində çalışıb.
28 avqust 2015-ci ildə isə Ayşən Gürcan ilk hicablı nazir olub.
Zəhra Zümrüd Səlçuq və Ruhsar Pekcan 9 iyul 2018-ci il tarixindən etibarən tətbiq olunmağa başlayan Prezident Hökumət Sisteminin ilk qadın nazirləri olublar.
Türkan Akyol, ilk qadın səhiyyə naziri; Hayriyə Ayşə Nərmin Neftçi, ilk qadın Mədəniyyət və Turizm naziri; İmrən Aykut, ilk qadın Ailə, Əmək və Sosial Xidmətlər naziri və ilk qadın Dövlət naziri, İşılay Sayqın, ilk qadın Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri ; Tansu Çillər, ilk qadın Xarici İşlər naziri; Meral Akşenər, ilk qadın Daxili İşlər naziri; Nemət Baş ilk qadın Milli Təhsil naziri, Beril Dedeoğlu isə Avropa İttifaqı Nazirliyinin ilk qadın naziri olub.