Türkiyədə prezident seçkiləri (2023)
From Wikipedia, the free encyclopedia
2023 Türkiyə prezident seçkiləri — 14 may 2023-cü ildə Türkiyədə keçirilmiş prezident seçkiləri.[2][3] Parlament seçkiləri ilə eyni gündə keçirildi.[2] Ərdoğan bir açıqlamasında 1950-ci ildəki seçkilərə istinad edərək seçkilərin vaxtından əvvəl, 14 may 2023-cü ildə keçirilə biləcəyinin mümkünlüyünü açıqlamışdı.[4] Bəzi müxalif partiyalar da bu tarixi seçki günü olaraq qəbul etmişdir.[5] 6 fevral 2023-cü ildə baş verən Türkiyə–Suriya zəlzələsindən sonra seçkilərin keçirilib-keçirilməcəyi barədə suallar yarandı, seçkilərin təxirə salınması barədə çağırışlar oldu.[6][7] Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 10 mart 2023-cü ildə imzalanan sərəncama əsasən, seçkilərin 14 may 2023-cü ildə keçirilməsi qərarlaşdırıldı.[8] Seçkilər əvvəlcə iyunun 18-də keçirilməli idi, lakin hökumət universitet imtahanları, həcc ziyarəti və yay tətilinin başlaması ilə üst-üstə düşməməsi üçün seçkilərin tarixini bir ay önə çəkdi. Seçkilərin ikinci turu 28 mayda keçirildi.[9]
← 2018 2028 → | ||||
2023 Türkiyə prezident seçkiləri | ||||
---|---|---|---|---|
| ||||
Seçici fəallığı | ||||
Namizəd | Rəcəb Tayyib Ərdoğan | Kamal Kılıçdaroğlu | ||
Partiya | AKP | CHP | ||
İttifaq | Cümhur İttifaqı | Millət İttifaqı | ||
Səslər | 27,725,131 (52.16%) |
25,432,951 (47.84%) |
||
Rəcəb Tayyib Ərdoğan • Kamal Kılıçdaroğlu |
Ümumilikdə Türkiyədə 60,9 milyon, xaricdə isə 3,2 milyon olmaqla, 64 milyon seçicinin seçkilərdə səs vermək hüququ olduğu təxmin edilir.
İlk turda Ərdoğan və Sinan Oğan müvafiq olaraq 49,5% və 5,2% səs topladılar. Kılıçdaroğlu 44,9%, Məhərrəm İncə isə geri çəkilməsinə baxmayaraq 0,4% səs topladı. Ərdoğan səslərin mütləq çoxluğundan 0,5% az səs aldığı üçün Kılıçdaroğlu ilə mayın 28-ində keçiriləcək seçkilərin ikinci turunda mübarizə apardı. Oğan Ata İttifaqının dağılmasının nəticəsi olaraq, 2-ci turda Ərdoğanı, ittifaqın ən böyük partiyası olan Zəfər Partiyasının lideri Ümid Özdağ Kılıçdaroğlunu dəstəklədi. Məhərrəm İncə isə öncədən seçkilər 2-ci tura qaldığı halda, Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirsə də, sonradan tərəfsiz qalmışdır.
Seçkilərin 2-ci turunda Ərdoğan 27,725,131 seçicinin səsini toplayaraq səslərin 52.16%-ni almış və 3-cü dönəm üçün yenidən prezident seçilmiş, Kılıçdaroğlu isə 25,432,951 səs toplayaraq səslərin 47.84%-ni almış və seçkiləri 2-ci sırada tamamlamışdır.