Türkiyə tarixi
From Wikipedia, the free encyclopedia
Türkiyə tarixi — Anadolunun türkləşməsindən sonra Anadoluda yaranan və sonra genişlənən türk dövlətçiliyinin tarixidir. İlk iki əsrində Səlcuqlular, XIII əsrin sonlarından isə Osmanoğullarının siyasi idarəçiliyi ilə davam edən bu dövlətçilik 1923-ci ildən başlayaraq Cumhuriyyət şəklində mövcuddur. Kiçik Asiyada bir çox mədəniyyət və qədim dövlətlər yaranmış, burada birbaşa və ya dolayısı yolla dünyaya təsir edəcək böyük güc mərkəzləri meydana gəlmişdir. Səlcuqlar XI əsrdə Bizans İmperiyasını çökdürən və bu ərazilərdə böyük kök salıb, regionu dünyanın ən böyük mədəni, elmi və siyasi mərkəzlərindən birinə çevirmiş ilk türk sülaləsidir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |