Susuzluq günü (ərəb. ﻳﻮﻢ ﺍلعطش, Yəvm əl-atəş) — 724-cü ildə, Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad.
Cəld faktlar Tarix, Yeri ...
Susuzluq günü |
---|
Ərəblərin Mavəraünnəhrə yürüşü |
VIII əsrdə Xorasan və Mavəraünnəhrin xəritəsi. |
Tarix |
724 |
Yeri |
Xücənd yaxınlığı (indiki Tacikistan) |
Nəticəsi |
türgişlərin həlledici qələbəsi |
|
|
-
- qalada 100 ailəlik qarnizon
- min nəfərlik köməkçi qüvvə
|
Naməlum
|
|
|
|
Bağla
Müslüm ibn Səid əl-Kilabi öndərliyindəki Əməvi ordusu türgişlərin yürüşlərindən xəbərdar olanda Fərqanə vadisinə hücum təşkil edir. Türgiş atlıları tərəfindən qovulan ərəblər tələsik şəkildə Sırdərya çayına doğru qaçır. Nəhayət, 11 gün davam edən qaçışdan sonra Əməvi ordusu Sırdərya sahilinə çatır, ancaq onlar türgiş və yerli Mavəraünnəhr hakimlərinin qoşunları ilə əhatə olunur. Hər halda, ərəblər bu mühasirəni qırıb, çayı keçərək Xücənd şəhərinə çatırlar. Əməvilərin məğlubiyyətə uğraması müsəlmanların regiondakı nəzarətini darmadağın edir. Mavəraünnəhr təqribən 740-cı ilə kimi ərəblər ilə türgişlər arasında mübahisəli ərazi olaraq qalır.