Supergörl (I mövsüm)
From Wikipedia, the free encyclopedia
DC Comics personajı olan Supergörl/Kara Zor-El-in macəralarına əsaslanan ABŞ superqəhrəman teleserialı olan "Supergörl"ün birinci mövsümünün istehsalı 2015-ci ilin mayında sifariş edilmiş, həmin ilin noyabrında çəkilişlərin Los-Ancelesdə baş tutacağı, Melissa Benoystun isə əsas rolu canlandıracağı bəlli edilmişdir. Benoyst ilə yanaşı aktyor heyətinə Mehkad Bruks, Kayler Li, Ceremi Cordan, Devid Hervud və Kalista Flokhart daxil olmuşdur.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 20 |
Orijinal kanal | CBS |
Orijinal efir | 26 oktyabr 2015 (2015-10-26) – 18 aprel 2016 (2016-04-18) |
← Əvvəlki - Sonrakı → II mövsüm | |
Supergörl teleserialının seriyaları |
Serialın premyerasını 12.96 milyon nəfər izləmişdir ki, bu da NBC telekanalının "Kor zona" serialı ilı ilə yanaşı onu 2015–2016-cı il televiziya mövsümünün ən böyük baxışlı televiziya premyerasına çevirmişdir. Serialın premyerası 26 oktyabr 2015-ci ildə CBS telekanalında baş tutmuş və 18 aprel 2016-cı ilə kimi birinci mövsümə daxil olan 20 seriya yayımlanmışdır. Birinci mövsüm ümumilikdə müsbət rəylər almışdır. 12 may 2016-cı ildə serialın ikinci mövsümünün çəkiləcəyi və The CW telekanalında yayımlanacağı elan edilmişdir.