Sultan Mahmud türbəsi
From Wikipedia, the free encyclopedia
Sultan Mahmud türbəsi — İstanbulun Fateh ilçəsinin Çəmbərlidaş səmtində yerləşən XIX əsrə aid məzar külliyəsi.
28 iyun 1839-cu ildə vəfat edən Sultan II Mahmud, 1 iyulda Divanyolunda bacısı Əsma Sultanın sarayının bağçasına dəfn olundu və üzəri çadırla örtüldü. Yerinə taxta çıxan oğlu Əbdülməcidin əmriylə 5 iyulda məzarın üzərində türbənin inşası başladı və 12 oktyabr 1840-cı ildə tamamlandı.
Türbədə ümumilikdə 18 məzar yeri var. Burada dəfn olunanlardan bəziləri bunlardır:
- Sultan II Mahmud
- Sultan Əbdüləziz
- Sultan II Əbdülhəmid
- Bəzmialəm Sultan (Sultan II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası)
- Əsma Sultan (Sultan I Əbdülhəmidin qızı)
- Atiyə Sultan (Sultan II Mahmudun qızı)
- Xədicə Sultan (Sultan II Mahmudun qızı)
- Salehə Sultan (Sultan II Mahmudun qızı)
- Aşubican Qadınəfəndi (Sultan II Mahmudun xanımı)
- Nevfidan Qadınəfəndi (Sultan II Mahmudun xanımı)
- Naciyə Qadınəfəndi (Sultan II Əbdülhəmidin xanımı)
- Dürrünəv Qadınəfəndi (Sultan Əbdüləzizin xanımı)
- Yusif İzzəddin Əfəndi (Sultan Əbdüləzizin oğlu)
- Mehriban Mihrişah Sultan (Sultan Əbdüləzizin nəvəsi)
- Mehmed Şövkət Əfəndi (Sultan Əbdüləzizin oğlu)
- Ömər Fərrux Əfəndi (Əbdülməcid Əfəndinin oğlu)
- Rəbiyə Əyyub xanım (Sultan II Əbdülhəmidin nəvəsi)
- Fatma Gövhəri Sultan (Sultan Əbdüləzizin qızı)
- Ərtoğrul Osman Əfəndi (Sultan II Əbdülhəmidin nəvəsi).
Türbəyə bitişik bağçada bəzi önəmli tarixi şəxsiyyətlər dəfn olunmuşdur. 140-a yaxın məzardan ibarət məzarlıq da külliyəyə aid edilir.