Subotiça sinaqoqu
From Wikipedia, the free encyclopedia
Subotiça sinaqoqu ― Serbiyanın Subotiça şəhərində yerləşən macar modern tərzində sinaqoq. Bura Avropada ikinci ən böyük sinaqoqdur.[2] Sinaqoq Macarıstan krallığının (Avstriya-Macarıstanın bir hissəsi) rəhbərliyi dövründə, 1901–1902-ci illərdə Marsell Komor və Dezsö Yakabın daha kiçik və daha az işlənmiş köhnə sinaqoqun əvəz edilməsi ilə bağlı hazırladıqları plana əsasən tikilmişdir. Subotiça sinaqoqu modern üslubda tikilmiş ən yaxşı dini memarlıq nümunələrindən biridir.[3]
İudaizm | |
Subotiça sinaqoqu | |
---|---|
Xeyir-duası | 1901 |
Ölkə | |
Memarlıq | |
İnşa tarixi | ? – 1903 |
Memarı | Komor Marsell və Yakab Dezsö |
Üslubu | modern |
Materialı | kərpic |
Hündürlüyü | 40 m[1], 23 m[1] |
Saytı | |
suboticasinagoga.rs suboticasinagoga.rs/en suboticasinagoga.rs/hu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sinaqoq 1974-cü ildə "mədəniyyət abidəsi", 1990-cı ildə isə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" təyin edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur.
Subotiça sinaqoqu dünyada qalan yeganə Macar modern üslublu Yəhudi ibadətgahıdır. 1901–1903-cü illər arasında 3000-ə yaxın şəxsdən ibarət olan firavan bir Yəhudi icması tərəfindən inşa edilən bu sinaqoq krallıqdakı macar-yəhudi kimliyini vurğulayır.
Sinaqoq əsasən Macarıstan və Serbiya hökuməti tərəfindən maliyyələşdirilən çox milyonluq təmir layihəsi ilə tam təmir edilmiş və 2018-ci ilin mart ayında açılmışdır.[4]