Spaun (personaj)
From Wikipedia, the free encyclopedia
Spaun (ing. Spawn) — ABŞ-nin Image Comics nəşriyyatı tərəfindən yaradılmış antiqəhrəman personaj. 1992-ci ildə Image Comics-in komiksçisi Todd Makfarleyn tərəfindən yaradılmışdır və eyniadlı komiksin ilk sayında debüt etmişdir. Spaun "Wizard" jurnalının "Bütün dövrlərin Top 200 komiks personajı" siyahısında 60-cı yerdə, "Empire" jurnalının "Ən böyük 50 komiks personajı" siyahısında 50-ci yerdə, 2011-ci ildə IGN-nın "Top 100 Komiks qəhrəmanı" siyahısında 36-cı yerdə göstərilmişdir.
Cəld faktlar Nəşriyyat, Yayım tarixi ...
Spaun | |
---|---|
ing. Spawn | |
Nəşriyyat | Image Comics |
Yayım tarixi | "Spaun" #1 (may 1992) |
Yaradıcı(lar) | Todd Makfarleyn |
Xüsusiyyətlər | |
Əsl adı | Albert Frensis "El" Simmons |
Doğum yeri | |
Cinsiyyəti | kişi |
Növü | insan (ilk öncə) |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri | CIA |
Ləqəbləri | Bir, Hellspaun, Şeytan cəngavəri, Şeytan ustası, Nindza, Franklin Riçards, Müqəddəs Spaun, Cəngavər Spaun |
Gücləri |
Supergüc, dayanıqlıq, sürət, dözumlülük Ölümsüzlük Planerizm Teleportasiya Taktikaçı, atlet, akrobat Qabılqan Yenidən dirilmə Şeytan gücləri Sürətli sağalma Empatiya |
Bağla
1997-ci ildə personaj haqqında film çəkilmişdir, 1997–1999-cu ildə ona həsr edilmiş cizgi serialı efirə buraxılmışdır. Yaponiyada personajdan bəhs edən "Shadows of Spawn" manqası işıq üzü görmüşdür.