Solomon məbədi
From Wikipedia, the free encyclopedia
Solomon məbədi (ivr. בֵּית־הַמִּקְדָּשׁ) və ya İlk məbəd (ivr. בֵּית־הַמִּקְדָּשׁ: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir.
Bu məqalə Qədim yəhudi məbədi haqqındadır. Səlibçilərin Solomon məbədi üçün Məscidül-Əqsa səhifəsinə baxın. |
Solomon məbədi | |
---|---|
ivr. בֵּית־הַמִּקְדָּשׁ | |
31°46′48″ şm. e. 35°14′24″ ş. u. | |
Ölkə | İsrail |
Şəhər | Yerusəlim |
Yerləşir | Qüds |
Aidiyyatı | Yəhudilik |
Sifarişçi | Solomon |
Əsas tarixlər | e.ə. 587-ci il - Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılıb. |
Tikilmə tarixi | e.ə. 832[1], e.ə. 996 |
Vəziyyəti | dağıdılıb |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır"[2], ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir.
Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır. Müasir dövrdə isə Məbəd dağında heç bir arxeoloji tədqiqat aprılmamışdır. Buna görə də, Solomon məbədi ilə bağlı cüzi arxeoloji məlumat vardır.[3] Fil sümüyündən hazırlanmış və üzərində məbəd xadimlərinin qeyd edildiyi nar fiquru, həmçinin məbədin İudeya çarı İoasın dövründə bərpa edilməsini qeyd edən İoas kitabəsi isə əntiq əşyalar bazarında satılsa da, onların həqiqiliyi şübhə altına alınmış və mübahisə mövzusuna çevrilmişdir.