Seylor Mun seriyalarının siyahısı (IV mövsüm)
From Wikipedia, the free encyclopedia
Gözəl Qoruyucu Seylor Mun: SuperS[1][2] (美少女戦士セーラームーン SuperS, Bishōjo Senshi Sērā Mūn Sūpāzu?) — "Seylor Mun" animesinin Kunihiko İkuharanın rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş 4-cü mövsümü (128-166-cı seriyalar). Animenin digər mövsümlərində olduğu kimi bu mövsümdə də yapon qız Usaqi Tsukino və dostlarının başına gələn macəralardan bəhs olunur. Hekayə iki arkdan ibarətdir. Birinci arkda Peqasus Çibiusanın yuxularını daxil olmaqla onu Ölü Aydan qorumağa çalışır, çünki Ölü Ay dünyaya yiyələnmək yolunda onu öldürmək istəyirlər. İkinci arkda isə həmişə uşaq kimi qalmağı arzulayan Amazon Kvartetindən və Ölü Ayın lideri, Yeri işğal etmək niyyətində olan Kraliça Neheleniyadan bəhs olunur.
Ölkə | Yaponiya |
---|---|
Seriya sayı | 39 |
Orijinal kanal | TV Asahi |
Orijinal efir | 4 mart 1995 (1995-03-04) – 2 mart 1996 (1996-03-02) |
← Əvvəlki Seylor Mun S |
Mövsüm 4 mart 1995-ci ildə TV Asahi-də yayımlanmağa başlamış və 2 mart 1997-ci ildə başa çatmışdır. Mövsüm 39 seriyadan ibarətdir. Mövsüm 2000-ci ildə Cloverway Inc. tərəfindən Şimali Amerikada ingilis dilində yayımlanmaq üçün lisenziyalaşdırılmışdır. Mövsüm ABŞ-də Cartoon Network kanalının Toonami televiziya blokunda göstərilmişdir. "Gözəl Qoruyucu Seylor Mun: Supers" Cloverway tərəfindən ingilis dilinə dublaj edilmiş son mövsümdür. Anime VHS və DVD formatlarında da yayımlanmışdır. 16 may 2014-cü ildə Viz Media tərəfindən mövsümün ingilis dilinə dublaj edilməsi üçün yenidən lisenziyalaşdırılmışdır.
Mövsüm boyunca 3 parça mahnıdan istifadə edilmişdir: bir açılış mahnısı və iki bağlanış mahnısı. Açılış mahnısı Moon Lips tərəfindən ifa olunan "Moonlight Densetsu" mahnısıdır. Mövsümün 1-13-cü seriyalarında Mivako Fucitani tərəfindən ifa olunan "Watashitachi ni Naritakute" (私たちになりたくて?, azərb. "Özümüz olmağı istəmək") mahnısından, qalan seriyalarında Miyuki Kacitani tərəfindən ifa olunan "'Rashiku' Ikimasho" (“らしく” いきましょ?, azərb. "Gəlin bunun kimi edək") mahnısından istifadə olunmuşdur.