Serbiyadakı ümumdünya irsi obyektlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Serbiyada UNESCO ümumdünya irsi obyektlərinin siyahısı Serbiya Respublikasında YUNESKO-nun ümumdünya irsi siyahısına 5 ad daxildir (2016-cı il üçün), bu ümumi rəqəmin 0,3%-ni təşkil edir (2021-ci il üçün 1154). Bütün obyektlər mədəniyyət meyarlarına (şərtlərinə) uyğun olaraq siyahıya daxil edilib, onlardan 2-si insan dühasının şah əsəri kimi tanınır (meyar i). Bundan əlavə, 2014-cü ildən Serbiyadakı 11 obyekt ümumdünya irsi siyahısına daxil olmaq üçün namizədlər sırasındadır[1]. Yuqoslaviya Federativ Respublikası 2001-ci il sentyabrın 11-də ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanı ratifikasiya etmişdir[2]. Bununla belə, Serbiya ərazisində yerləşən ilk obyekt hələ 1979-cu ildə YUNESKO-nun ümumdünya irsi komitəsinin 3-cü sessiyasında, ölkə YSFR-nin bir hissəsi olduğu zaman siyahıya daxil edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Kosovoda Pravoslav Monastırları mədəni obyekti 2010-cu ildən etibarən Kosovalı albanların mümkün hücumlarına görə təhlükədə olan ümumdünya irsi siyahısına daxil edilib. Bu irs obyekt ərazisindəki bütün 4 pravoslav kilsəsi KFOR tərəfindən qorunur.