Serbiya knyazlığı
İkinci Serb üsyanı nəticəsində qurulan Balkan dövləti / From Wikipedia, the free encyclopedia
Serbiya knyazlığı (serb. Кнежевина Србија) — İkinci Serb üsyanı nəticəsində qurulan Balkan dövləti. Əvvəlcə dövlət keçmiş Belqrad paşalığının ərazisini əhatə etsə də, 1831–1833-cü illərdə sərhədlərini qərbə, şərqə və cənuba doğru genişləndirdi. 1829-cu ildə osmanlılar Serbiyanın muxtariyyətini tanıdılar. 1867-ci ildə Osmanlı qoşunları knyazlığın ərazisini tərk etdi. 1869-cu ildə yeni konstitusiya Serbiyanı müstəqil dövlət kimi müəyyənləşdirdi. 1878-ci ildə Serbiya knyazlığı sərhədlərini cənub-şərqə doğru daha da genişləndirdi, elə həmin il Serbiyanın böyük dövlətlər tərəfindən tanınmasına və Osmanlı imperiyasından tam müstəqilliyinə zəmanət verən Berlin konqresi baş tutdu. 1882-ci ildə Serbiya knyazlığı krallıq elan edildi.
Cəld faktlar Ən böyük şəhər, Rəsmi dilləri ...
Osmanlı imperiyasının vassal knyazlığı (1815 - 1869) Müstəqil knyazlıq (1869 - 1882) Tanınmayan və ya qismən tanınan dövlət (1878-ci ilə qədər) | |||||
Serbiya knyazlığı | |||||
---|---|---|---|---|---|
serb. Кнежевина Србија | |||||
|
|||||
|
|||||
Ən böyük şəhər | Belqrad | ||||
Rəsmi dilləri | serb dili | ||||
Dövlət dini | xristianlıq | ||||
Valyuta | Serb dinarı | ||||
Ərazisi | 37 511 км² (1834 il) | ||||
Əhalisi | serblər | ||||
İdarəetmə forması | monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla