Sayur (çay)
From Wikipedia, the free encyclopedia
Sayur (ərəb. نهر الساجور ; türk. Sayur Çayı) ― 108 kilometr (67 mil) Türkiyədən başlayaraq Suriya ərazisində Fərat çayına tökülən uzun çay. Sayur Suriyada Fərat çayına qovuşan üç çaydan ən kiçiyi və sağ sahilində Fərata qovuşan yeganə çaydır. Sayur hövzəsində məskunlaşılma Alt plaeolit dövründə başlamışdır və bu günə qədər davam edir.