Saturnun halqaları
Saturn ətrafında fırlanan buzlu hissəciklərin planar toplusu / From Wikipedia, the free encyclopedia
Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqalardır. Saturnun halqaları ilk dəfə 1610-cu ildə Qalileo Qaliley tərəfindən müşahidə olunmuşdur. Buna baxmayaraq onların halqa olması 1655-ci ildə Xristian Hüygens tərəfindən müəyyən olunmuşdur.[1] Halqaları meydana gətirən qaya, toz və buz hissəcikləri Saturn və onun peyklərinin cazibə qüvvəsinin təsirinə məruz qalaraq, öz formasını qoruyan dinamik sistem əmələ gətirirlər.[2]