Samuy adası
From Wikipedia, the free encyclopedia
Samuy adası (tay เกาะสมุย) — Sakit okeana daxil olan Siam körfəzində yerləşən ada. İnzibati baxımdan Taylandın Surattani vilayəti ərazisinə daxildir. Taylandda Pxuket adasından sobra ikinci ən böyük adadır. Adanın sahəsi 228,7 km², maksimal hündürlüyü isə 635 metr təşkil edir. Məşhur turizm mərkəzlərindən hesab edilir. Banqkokdan 700, Taylandın şərq sahillərindən isə 40 km məsafədə yerləşir. Ada özünün təbii gözəlikləri ilə seçilir. Burada çimərliklər, mərcan rifləri və kakos palmaları üdtünlük təşkil edir. 2008-ci ilin iyununda ada ayrıca bir inzibati vahidlik statusu almışdır. Əvvəllər isə Surattxani şəhərinin inzibati vahidliyinə daxil idi.
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Samuy adası | |
---|---|
tay เกาะสมุย | |
Ümumi məlumatlar | |
Sahəsi | 228,7 km² |
Uzunluğu |
|
Eni | 21 km |
Hündür nöqtəsi | 635 m |
Əhalisi | 45.000 nəfər |
Yerləşməsi | |
9°30′ şm. e. 100°00′ ş. u. | |
Ölkə | Tailand |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla