Samarra döyüşü — dövrünü iki böyük hərbçisi olan Nadir xanla Topal Osman paşa arasında Bağdadın mühasirəsinin sonlanması ilə nəticələnən döyüş. Döyüşün nəticəsində Bağdad da daxil olmaqla, İraq Osmanlı hakimiyyəti altında qalmışdır. Bundan başqa Samarra döyüşü Nadirin fəaliyyəti dövründə məğlub olduğu ilk döyüş kimi də tarixi əhəmiyyətə sahibdir. Döyüş nəticəsində ümumilikdə iki ordu 50 min itki vermiş, habelə qələbə qazanmış Osmanlı ordusu da ağır itkilərlə üzləşmişdir. Nadir bu döyüşdə məğlub olsa da, sonradan baş vermiş Ağ-Dərbənd və ya Kərkük döyüşündə Topal Osman paşanı məğlub etməyi bacarmış, elə həmin döyüşdə də Topal Osman paşa öldürülmüşdür.
Cəld faktlar Tarix, Yeri ...
Samarra döyüşü |
---|
Səfəvi-Osmanlı müharibəsi (1730–1736) və Nadirin yürüşləri |
Döyüşün sxemi |
Tarix |
19 iyul 1733 |
Yeri |
Samarra, Bağdad vilayəti |
Səbəbi |
İraqda hakimiyyət uğrunda mübarizə |
Nəticəsi |
Osmanlı imperiyası qələbə qazandı.[1] |
Ərazi dəyişikliyi |
Bağdadın mühasirəsi ləğv edildi. Səfəvi ordusu Osmanlı İraqını qısa müddətlik də olsa, tərk etdi. |
|
|
70 min * bir neçə top və zamburak
|
80 min * 60 top
|
|
30 min * 3500 əsir (500-ü edam edildi) * bütün top və zamburaklar itirildi
|
20 min
|
|
|
Bağla