SSRİ rublu
From Wikipedia, the free encyclopedia
SSRİ rublu — Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 1923-cü ildən 26 dekabr 1991-ci ilədək pul vahidi. RSFSR-in birinci rublları 1919-cu ildə kredit biletləri kimi buraxılıb. SSRİ əskinazlarının çoxunun dizaynını rus qravyoru və rəssamı İvan Dubasov işləyib.
SSRİ rublu | ||||
---|---|---|---|---|
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | SUR | |||
Simvol | руб., крб. | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 1923 | |||
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ-də 1924-cü ildən 1991-ci ilədək 10 rubladək olan pul nişanları Dövlət xəzinə biletləri, 10 rubldan yuxarı nominallar isə — SSRİ Dövlət Bankı biletləri adlanırdı. 1991-ci ildən sonra isə bütün əskinazlar SSRİ Dövlət Bankı biletləri adlanmağa başladı.
1 yanvar 1961-ci ildə SSRİ-də pul islahatından sonra 1 rubl 0,987412 qram qızıla bərabər götürülürdü, ancaq bunu etmək mümkün deyildi.
SSRİ-nin dağılmasından sonra rubl tədricən dövriyyədən çıxmağa başladı. SSRİ rublunu dövriyyədən çıxaran ən sonuncu ölkə Tacikistan oldu (10 may 1995-ci il).