S****miş dünyanın sonu (teleserial, 2017)
From Wikipedia, the free encyclopedia
S****miş dünyanın sonu (ing. The End of the F***ing World) – Çarlz Forsmanın eyniadlı qrafik romanına əsaslanan Böyük Britaniya qara komediya teleserialı. Səkkiz seriyadan ibarət ilk mövsümü 24 oktyabr 2017-ci ildə Böyük Britaniyada Channel 4 vasitəsilə yayımlanmağa başlamış, daha sonra bütün seriyalar All 4 kanalı vasitəsilə buraxılmışdır. Netflix-in əməkdaşlığı ilə istehsal olunan serial 5 yanvar 2018-ci ildə Netflix platformasında buraxılmışdır. Teleserial özünü psixopat hesab edən 17 yaşlı Ceyms (Aleks Louter) və Ceymsin onu bərbad həyatından xilas edəcəyinə inanan üsyankar sinif yoldaşı Alissanın (Cessika Barden) macəralarından bəhs edir. Cemma Uilan, Vunmi Mosaku, Stiv Oram, Kristin Bottomli, Nevin Çoudri və Barri Uord köməkçi rollarda çıxış edirlər.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
S****miş dünyanın sonu | |
---|---|
The End of the F***ing World | |
| |
Janr | qara komediya, dram |
Əsaslanır | "S****miş dünyanın sonu" qrafik romanı |
Rejissor | Conatan Entvistl, Lüsi Çernyak |
Prodüser | Keyt Oqborn |
Ssenarist | Çarli Kovell |
Rollarda | Aleks Louter, Cessika Barden, Cenna Uilan, Vunmi Mosaku, Stiv Oram, Kristin Bottomli, Nevin Çoudri, Barri Uord |
Bəstəkar | Qrem Kokson |
İstehsalçı ölkə | |
İl | 2017 |
Studiya |
Clerkenwell Films Dominic Buchanan Productions |
Dil | ingilis |
İlk çıxış tarixi | 24 oktyabr 2017 – hazırda |
Rəng | rəngli |
Mövsüm sayı | 2 |
Seriya sayı | 16 |
Telekanal | Channel 4 (premyera), All 4 |
IMDb | ID6257970 |
channel4.com/programmes/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Teleserial Forsmanın 2013-cü ildə kitab şəklində buraxılmış "Sikilmiş dünyanın sonu" adlı mini-komiksinə əsaslanır. Serialın yaradıcısı Conatan Entvistl əvvəlcə onla film barədə görüşmüşdür. Lakin əvəzində teleserial çəkilməsinə qərar verilmişdir. Çəkilişlər 2017-ci ilin aprelində başlamışdır. Ssenaristi Çarli Kovell, rejissorları Entvistl və Lüsi Çernyakdır. 2018-ci ilin avqustunda Channel 4 teleserialın 2-ci mövsümünü anons etmişdir.
Teleserial tənqidçilərin müsbət rəylərini qazanmışdır. Ssenarisi, mövzusu və Louter ilə Bardenin performansları bəyənilmişdir. 2018-ci ildə Ən yaxşı dram nominasiyasında Britaniya Akademiyası Televiziya Mükafatına namizəd olmuşdur.