Səkkizinci hiss (teleserial, 2015)
From Wikipedia, the free encyclopedia
Səkkizinci Hiss (ing. Sense8) — Uaçouiskilər və Maykl Straçnski tərəfindən Netflix üçün yaradılmış Amerikan elmi fantastika veb teleserialıdır. İstehsalçı şirkətlər Uaçouiskinin Anarchos Productions, Straçnskinin Studio JMS eləcədə Georgeville Television və Unpronounceable Productions şirkətlərini serialın çəkilişlərinə cəlb etdilər.
Səkkizinci Hiss | |
---|---|
Sense8 | |
Janr |
Elmi fantastika Dram |
Rejissor |
|
Prodüser |
|
Yaradıcısı |
Uaçouiskilər Maykl Straçnski |
Ssenarist |
Lana Uaçouiski Lili Uaçouiski Maykl Straçnski |
Rollarda |
|
Bəstəkar |
Conni Klimek Tom Tauer |
İstehsalçı ölkə | Birləşmiş Ştatlar |
İl | 2015 |
Studiya |
|
Dil | İngilis dili |
İlk çıxış tarixi | 5 iyun 2015 |
Növü | Teleserial |
Mövsüm sayı | 2 |
Seriya sayı | 24 |
Seriya vaxtı | 46-124 dəqiqə |
Davametmə müddəti | 5 iyun 2015 - 8 iyun 2018 |
Telekanal | Netflix |
IMDb | ID2431438 |
netflix.com/sense8/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Serialın birinci mövsümündə Aml Ameen, Doona Bae, Ceymi Klayton, Tina Desai, Tuppense Middleton, Maks Riemelt, Migel Anqel Silvestre və Brayn Smit kimi beynəlxalq aktyorlər iştirak edirlər və onların hər biri dünyanın ayrı ölkələrində yaşayan insanlardır. Lakin bir gün onlar psixi və emosianal mənada bir-birilərinə bağlı "sensate" olurlar. Rollarda həmçinin Frima Egiman, Terrens menn, Anupam Xer, Naveen Endrüs və Darri Hanna da çəkiliblər. İkinci mövsümdə Topi Onumere Ameen ilə dəyişdirilib. Serialın məqsədi siyasət, şəxsiyyət, seksuallıq, cins və din kimi mövzuları araşdırmaqdır. Hansı ki, digər bir çox elmi fantastika seriallarında yaradıcılar bu məsələlərə çox da diqqət yetirmirlər.[2][3][4]
Səkkizinci Hiss-in birinci mövsümünün hər bir seriası Uaçouiskilər və Straçnski tərəfindən yazılıb. İkinci mövsümdə Lili Uaçouiski serialı tərk etdi. Buna görədə ssenarini Lana Uaçouiski və Straçnski yazdı. İkinci mövsümün bir çox serialarının rejissorluğunu Lana Uaçouiski etdi. Lilinin serialı tərk etməsi bacıların karyerasında birlikdə yazıb və ya çəkmədikləri ilk iş oldu. Serialın çəkilişləri dünyanın müxtəlif ölkələrində baş tutub.
12 seriadan ibarət olan birinci mövsüm 5 iyun 2015-ci ildə Netflixdə yayımlandı və tənqitçilərdən müsbət rəylər aldı. LGBT obrazlarına görə diqqətə layiq görülən serial "Ən yaxşı dram serialı" nominasiyasında qalib olaraq GLAAD Media Mükafatını qazandı. Həmçinin Guild Mükafatı tərəfindən fərqli ərazilərdə çəkilişlərə görə tərif alan serial "Ən yaxşı original əsas musiqi" kateqoriyasında Primetime EmmyMükafatına namizədliyi irəli sürüldü.
Netflix ikinci mövsümün birinci seriasını 23 dekabr 2016-cı ildə Kristmas günündə yayımladı; geridə qalan 10 serianı isə 5 may 2017-ci ildə yayımladı. Mövsüm müsbət rəylər almaqla yanaşı həmçinin "Ən yaxşı sinematoqradiya" kateqoriyasında Primetime Emmy Mükafatına namizəd seçildi. 1 iyun 2017-ci ildə aktyor heyəti ilə üçüncü mövsüm üçün danışıqlara baxmayaraq Netflix serialın ləğv edildiyini bildirdi. Lakin 29 iyun 2017-ci ildə güclü fanat dəstəklərinə görə 2 saatliq mövsüm finalı seriasının 2018-ci ildə yayımlanacağı bildirildi.