Səfəvi Gürcüstanı
From Wikipedia, the free encyclopedia
Səfəvi Gürcüstanı və ya Gürcüstan vilayəti — Səfəvi imperiyasının indiki Gürcüstan ərazisində yerləşən vilayətlərindən biri. Vilayət əsasən imperiyaya tabe etdirilmiş iki şərqi Gürcüstan krallıqlarından - Kartli və Kaxetidən, qismən də Mesxeti atabəyliyi[lower-alpha 1] torpaqlarından təşkil edilmişdi. Tiflis şəhəri bu vilayətin inzibati mərkəzi olmaqla birlikdə, həm Kartli çarlarının taxtının yerləşdiyi yer, həm də vilayətdəki Səfəvi hakimiyyətinin əsas dayaq məntəqəsi idi. Bura da həmçinin önəmli Səfəvi zərbxanalarından biri də yerləşməkdə idi.
Bəylərbəyiliyi | |||
Səfəvi Gürcüstanı | |||
---|---|---|---|
ولایت شیروان | |||
|
|||
|
|||
|
|||
Rəsmi dilləri |
Azərbaycan dili Fars dili Gürcü dili |
||
Dövlət dini | islam | ||
İdarəetmə forması | monarxiya |
Bölgədəki Səfəvi hakimiyyəti müxtəlif zamanlarda Baqrationi sülaləsindən olan kraliyyət ailəsi nümayəndələrinin taxt-taca təyin edilməsi və ya taxt-tacdan məhrum edilməsi yolu ilə tənzimlənirdi. Bəzi vaxtlarda bu hakimlər şiəliyə də keçirdi və onlar xan ya da vali[lower-alpha 2] kimi təyin edilirdilər. Şərqdəki gürcü krallıqları XVI əsrin əvvəllərində Səfəvi imperiyasına tabe etdirilmişdilər, bu zaman onların hökmdarları din dəyişdirməmişdi. Şah İsmayılın dövründə Tiflisdə qızılbaş ordusu saxlanılırdı, lakin iki tərəfli münasibətlər əsasən ənənəvi vassallıq prinsiplərinə əsaslanmaqda idi. XI Davud (David) 1562-ci ildə Kartli taxtına Səfəvi şahı I Təhmasib tərəfindən təyin olunmaqla birlikdə, Səfəvi şahları tərəfindən bu vəzifəyə təyin edilmiş ilk gürcü kralı oldu. Onun bu təyinatı təxminən iki əsirdən çox davam edəcək Səfəvi hakimiyyətinin simvolu hesab edilə bilər. Bu zaman ərzində Səfəvi mədəniyyətini də indiki Gürcüstanın şərqində dominant olmuşdur.
I Təhmasibin (1524-1576) hakimiyyəti dövründə etibarən bu vilayətin əhəmiyyəti daha da artdı. Bir çox Kartli və Kaxetiyadan olan etnik gürcü Səfəvi imperiyasının müxtəlif dövlət orqanlarında çalışma şansı əldə etdilər. Kişilərlə yanaşı bir çox qadın da şahların və digər rəhbər təbəqənin hərəmlərinə girməyi bacardı. Gürcüstan vilayəti imperiyanın ucqarında və sərhədində yerləşdiyi üçün digər vilayətlərlə müqayisədə daha çox muxtariyyətə sahib idi. Onunla muxtariyyət məsələsində yalnız imperiyanın cənub-qərbində yerləşən Ərəbistan (müasir Xuzistan) bölgəsi müqayisə edilə bilər. Gürcüstan vilayəti Səfəvi inzibati sistemində hakimlərinə davamlı olaraq vali titulunun verildiyi 4 vilayətdən biri idi.