Səfəvi–Osmanlı müharibəsi (1603–1618)
From Wikipedia, the free encyclopedia
Səfəvi–Osmanlı müharibəsi (1603–1618) — 1603–1618-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.[1] Müharibə 15 il ərzində davam etmiş və səfəvi dövlətinin qələbəsi ilə bitmişdir.
Səfəvi–Osmanlı müharibəsi (1603-1618) | |||
---|---|---|---|
Səfəvi–Osmanlı münasibətləri | |||
Tarix |
1-ci dövr:1603–1612 2-ci dövr: 1616-1618 |
||
Yeri | Qafqaz, Şərqi Anadolu, İraq, Cənubi Azərbaycan | ||
Səbəbi |
İstanbul sülh müqaviləsi (1612) Sərab sülh müqaviləsi |
||
Nəticəsi | Səfəvilərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Şərq sərhədlərində güclü bir dövlətin Səfəvi xanədanının qurulması ilə barışmayan Osmanlı imperiyası ona qarşı bir neçə dəfə müharibə aparmalı olmuşdur. Bu müharibələrdə uğur gah Səfəvilərdə, gah da Osmanlılarda olmuşdu. Sonuncu 1578–1590-cı illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə zamanı Səfəvilər bir çox qələbələr qazansalar da, dövlətin daxili vəziyyətində baş verən çəkişmələr Osmanlı İmperiyasının qələbəsinə gətirib çıxardı. 1590-cı ildə bağlanan İstanbul sülh müqaviləsinə[2] əsasən, Talış bölgəsi istisna olmaqla Bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi – Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər Osmanlı dövlətinin nəzarətinə keçir.[3]
1587-ci ildə hakimyyətəgələn Şah I Abbas Səfəvi dövlətin qüdrətini yenidən canlandırmağa çalışır. Bunun üçün isə ilk növbədə İstanbul sülhü ilə itirilmiş Azərbaycan torpaqlarının Osmanlılardan geri alınması prosesinə başlayır. Müharibə Səfəvi dövlətinin qələbəsi ilə yekunlaşır və əvvəlcə İstanbul sülh müqaviləsi (1612-ci il), sonra isə Sərab sülh müqaviləsi (1618-ci il) ilə tamamlanır. Hər iki sülhə görə Səfəvi dövləti itirilmiş Azərbaycan ərazilərini geri qaytarır.[4]