Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü
From Wikipedia, the free encyclopedia
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü və ya 1722-23 Rusiya-Səfəvi müharibəsi — Rusiya imperiyasının Səfəvi imperiyasına məxsus olan Cənubi Qafqaza və Dağıstana öz quru qoşunları və donanması ilə etdiyi yürüş nəzərdə tutulur.
1722-23 Rusiya-Səfəvi müharibəsi və ya I Pyotrun Xəzəryanı bölgələrə hərbi yürüşü | |||
---|---|---|---|
Rusiya-Səfəvi müharibələri | |||
Tarix | 18 (yeni təqvimlə 29) iyun 1722 — 12 (23 yeni təqdimlə) sentyabr 1723[1] | ||
Yeri | Xəzər dənizinin qərb və cənub sahili | ||
Səbəbi |
|
||
Nəticəsi |
Ruslar qələbə qazandı və Peterburq sülh müqaviləsi imzalandı. Lakin bu müqavilə Səfəvi şahı II Təhmasib tərəfindən təstiqlənmədi;
|
||
Ərazi dəyişikliyi | Dərbənd, Bakı, Rəşt şəhərləri, Gilan, Mazandaran və Astrabad əyalətləri Rusiyaya verildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Yürüşün rəsmi şəkildə elan edilən məqsədi rus tacirləri üçün Asiyanın qapılarını açmaq və onları quldurların hücumlarından qorumaq idi. Həmçinin iddia edilir ki, yürüşün məqsədlərindən biri də Cənubi Qafqazdakı ləzgiləri cəzalandırmaq idi.[13]
Yürüş ruslar üçün uğurla nəticələndi. Səfəvi imperiyası ilə 1723-cü ildə imzalanan Peterburq müqaviləsi ilə Rusiya imperiyası Xəzər sahilində mühüm torpaqlar əldə etsə də, bunu sona qədər qoruyub saxlaya bilmədi. II Təhmasib bu müqaviləni ratifikasiya etmədi. Ruslar əldə etdikləri torpaqların ilhaqını Osmanlı ilə imzalanmış İstanbul müqaviləsi ilə təstiqlətməyi bacardılar. Lakin Nadir xan Əfşarın uğurlu hərbi yürüşləri nəticəsində 1735-ci il Gəncə müqaviləsi ilə ruslar bölgəni tamamilə tərk etdilər.